İtaliyanın "İnter" klubunda forma geyinən Dieyqo Milito, futbol koryerası ilə bağlı bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, 33 yaşlı forvard, bu il futbol üzrə İtaliya A Seriyasında çempion olmağı hədəflədiklərini bəyan edib. "Sky Sports"a açıqlama verən "İnter"in forvardı bildirib ki, onların yeni mövsümdə çempion olmaları üçün əsas maniə, hazırkı lider "Yuventus"dur. "Qoca sinyora"nın bu mövsüm olduqca güclü olduğunu deyən D.Milito, buna baxmayaraq, çempionluq uğrunda sona qədər mübarizə aparacaqlarını bəyan edib. O bildirib ki, heç bir komandaya transfer olmaq fikrində deyil və gələn mövsüm də "niadzura"nın uğurları üçün çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB