"Kəpəz” məşqləri davam etdirir

"Kəpəz” məşqləri davam etdirir

Premyer Liqanın növbəti turunda Gəncədə "İnter"i qəbul edəcək "Kəpəz" doğma meydanda məşqləri davam etdirir. Siasport.az saytının məlumatına görə, komandanın narın yağış altında keçən məşqi həmişəki kimi isinmə hərəkətləri ilə başlayıb. Sonradan baş məşqçi Mahmud Qurbanovun tapşırığına əsasən futbolçular ötürmələr üzərində işləyib. Çalışmalara xüsusi proqram əsasında keçirilən ikitərəfli oyunla yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə