Messi "Qalatasaray"ı təriflədi...

Messi "Qalatasaray"ı təriflədi...

"Barselona"nın argentinalı ulduz futbolçusu Leonel Messi, "Nou Kamp" stadionunda "Türk Hava Yolları" Şirkətinin təşkil etdiyi mərasimdə çıxışında bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı Türkiyənin "Ligtv.com.tr" saytına istinadən xəbər verir ki, ulduz futbolçu İstanbulun "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmasını böyük uğur adlandıraraq, bu mərhələdə istanbul nəhəngi ilə qarşılaşa biləcəklərini istisna etməyib. O bildirib ki, "Qalatasaray" hər ötən gün böyüməkdə və dünya çapında məşhur futbol klubu olmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə