"Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov "Sumqayıt" klubu ilə oyun öncəsi açıqlama verib. Siasport.az saytının məlumatına görə, futbolçu "8-ci kilometr" stadionu barədə danışıb: "Bu gün "8-ci kilometr" stadionunda ilk məşqimizə çıxdıq. Arena çox xoşuma gəldi. Stadion müasir futbolun bütün tələblərinə cavab verəcək şəkildə inşa edilib. Düşərgəmizdə əla abu-hava hökm sürür. "Sumqayıt"la qarşılaşmada qələbə qazanaraq debütümüzü 3 xalla qeyd etmək istəyirik. İnanıram ki, ev oyunlarında bu stadionda əla atmosfer olacaq. Azarkeşlərimizi də matça dəvət edirəm. Avropa Liqası oyunlarında olduğu kimi daxili çempionatda da onların dəstəyinə ehtiyacımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB