"Xəzər Lənkəran" Topaz Premyer Liqasının II dövrəsinə "Rəvan"la qarşılaşma ilə başlayacaq. Siasport.az saytının məlumatına görə, XII turda baş tutacaq qarşılaşma rəqiblər arasında 4-cü duel olacaq. Əvvəlki matçlarda indiyədək qalib gələn olmayıb. Maraqlıdır ki, hər 3 matç eyni - 1:1 hesabı ilə başa çatıb. Komanda bu dəfə ənənəni qırmağa çalışacaq.
Bütün oyunların Premyer Liqada keçirildiyi duellərdən 2-si ötən mövsüm, digəri isə cari mövsümün startına təsadüf edib. Bu qarşılaşmalarda 25 futbolçu "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Onlardan yalnız 5-i hər 3 qarşılaşmanın iştirakçısı olub. Adrian Pit, Eder Bonfim, Branimir Subaşiç, Rahid Əmirquliyev "Rəvan"a qarşı əvəzolunmadan oynayıblarsa, Elnur Abdullayev meydana çıxdığı 3 qarşılaşmada heç də həmişə heyətdə olmayıb. Bu görüşlərdə komandanın qollarını Branimir Subaşiç, Rahid Əmirquliyev, Katalin Doman vurublar. Elə rəqib də hər matçda 1 qapıçını məyus edib: Kamal Bayramov, Kamran Ağayev, Orxan Sadıqlı hərəsi 1 oyunda 1 qola üzülüb. Bu matçlarda hakimlər "Xəzər Lənkəran"ın fubolçularına 7 sarı vərəqə göstəriblər. 7 oyunçunun hərəsi 1 dəfə "fərqlənib".
| 2011/12 | 27.08.2011 | çempionat | s | 1:1 |
| 2011/12 | 19.11.2011 | çempionat | e | 1:1 |
| 2012/13 | 05.08.2012 | çempionat | s | 1:1 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB