Azərbaycanda klub prezidentinə 5 oyunluq cəza verildi

Azərbaycanda klub prezidentinə 5 oyunluq cəza verildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

26 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının X turunun "Kəpəz" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

26 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının X turunun "Simurq" – AZAL matçının 89-cu və 90+4-cü dəqiqələrində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

27 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının X turunun "Xəzər Lənkəran" – "Qarabağ" matçının 52-ci dəqiqəsində "Qarabağ" klubunun 5 №-li futbolçusu Maksim Medvedev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

25 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin X turunun "Simurq" – AZAL matçının 28-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Elməddin Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

24 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan Kubokunun 1/16 final "Tərəqqi" – "Ağsu" matçının 64-cü dəqiqəsində "Tərəqqi" klubunun 15 №-li futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 77-ci dəqiqəsində "Ağsu" klubunun 14 №-li futbolçusu Emin Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

24 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan Kubokunun 1/16 final MOİK – "Bakılı" matçının 29-cu dəqiqəsində "Bakılı" klubunun 10 №-li futbolçusu Rəşad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).

"Bakılı" klubunun prezidenti Misir Əbilov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

26 oktyabr 2012-ci il, Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Uğur" – "Şahdağ" matçının 34-cü dəqiqəsində "Uğur" klubunun 1 №-li futbolçusu İlqar Talıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

26 oktyabr 2012-ci il, Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Azercell" – "İnci" matçının 46-cı dəqiqəsində "İnci" klubunun 8 №-li futbolçusu Soltan Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

27 oktyabr 2012-ci il, Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Milan" – "Sədərək" matçı başa çatdıqdan sonra "Sədərək" klubunun 7 №-li futbolçusu Elxan Abbasov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

22 oktyabr 2012-ci il Azercell U-17 Liqanın "Neftçi" – "Bakı" matçının 75-ci dəqiqəsində "Bakı" klubunun 10 №-li futbolçusu Ülvi Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 80+2-ci dəqiqəsində "Neftçi" klubunun 2 №-li futbolçusu Vüsal Hüseynovla "Bakı" klubunun 17 №-li futbolçusu Nuradi Dosayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

15 oktyabr 2012-ci il Azercell U-17 Liqanın "Simurq" – "Kəpəz" matçında "Simurq" klubunun heyətində Əli Babayev və Aslan Surxayzadə lisenziyası olmadığı halda matçda iştirak etdikləri üçün "Simurq" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

23 oktyabr 2012-ci il Kapital Bank U-15 Liqanın ROİL – "İnter" matçında təcili tibbi yardım birqadası olmadığı üçün ROİL klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61).

23 oktyabr 2012-ci il Kapital Bank U-15 Liqanın "Turan" – "Xəzər Lənkəran" matçının 56-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 3 №-li futbolçusu İbrahim Qədirzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

23 oktyabr 2012-ci il Kapital Bank U-15 Liqanın "Vətən" – "Bakı" matçının 67-ci dəqiqəsində "Bakı" klubunun 2 №-li futbolçusu Kamran Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

27 oktyabr 2012-ci il U-14 Liqasının "Uğur" – "Şirvan" matçında "Uğur" klubu tam heyyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

28 oktyabr 2012-ci il U-14 Liqasının UGİM (Abşeron) – "Təhsil" (Sumqayıt) matçında UGİM (Abşeron) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

27 oktyabr 2012-ci il U-14 Liqasının "Qobustan" – UGİM (Ağsu) matçında UGİM (Ağsu) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

27 oktyabr 2012-ci il U-14 Liqasının "Yalama" – ŞKGB matçında ŞKGB klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

28 oktyabr 2012-ci il U-14 Liqasının "Binə" – "İnter" matçında "Binə" klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

28 oktyabr 2012-ci il U-14 Liqasının "Bakı-008" – "Neftçi" İSM matçında "Bakı-008" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

27 oktyabr 2012-ci il U-14 Liqasının "Astara" – "Xəzər Lənkəran" matçının 43-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 20 №-li futbolçusu Şölət Zülfüqarov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

28 oktyabr 2012-ci il U-14 Liqasının UGİM (Oğuz) – "Qəbələ" matçında UGİM (Oğuz) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

27 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının "Boladi Bələdiyyəsi" – "Dinamo" (Yardımlı) matçının 14-cü dəqiqəsində "Dinamo" klubunun 18 №-li futbolçusu Eşqin Qurbanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

27 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının "Qızıl əlcək" – "Bakı-008" matçında "Bakı-008" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

28 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının "Bəhramtəpə" – UGİM (Saatlı) matçının 40-cı dəqiqəsində UGİM (Saatlı) klubunun 10 №-li futbolçusu Nihad Həsənli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Coca-Cola U-13 Liqasında çıxış edən "Bağman" (Gəncə) klubu yarışlarda iştirakını dayandırdığı üçün klubun iştirak etdiyi bütün oyunların nəticələri ləğv edilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня