Oktyabrın 25-dən noyabrın 4-dək Şahdağ dağlıq ərazisində alpinizm üzrə təlim-məşq toplanışı keçiriləcək. Siasport.saytının məlumatına görə, təlimlərdə həm təcrübəli, həm də gənc idmançıların iştirakı gözlənilir. Hazırlıq prosesi AAF-nin alpinizm üzrə təcrübəli təlimatçılarının nəzarəti altında keçiriləcək.
Təlim-məşq toplanışı çərçivəsində Bazaryurd (4126 m), Qızıl Qaya (3751 m) və Tufandağ (4191 m) zirvələrinə dırmanma planlaşdırılır.
Hazırlıq prosesində "Nikoil", "Respublika Alpinist-Turist klubu", "İrbis" və "Qartal" klublarından 24 idmançı iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB