Hakim təyinatlarında dəyişiklik

Hakim təyinatlarında dəyişiklik

Topaz Premyer Liqasının IX turu çərçivəsində keçiriləcək oyunlarda hakim dəyişikliyi baş verib. Siasport.az saytının məlumatına görə, oktyabrın 21-də keçiriləcək "Sumqayıt" - "Rəvan" qarşılaşmasına baş hakim kimi təyinat almış Orxan Məmmədovun atası vəfat etdiyi üçün onu həmin oyunda Fariz Yusifov əvəzləyəcək. Fariz Yusifovun əvəzinə isə "Xəzər Lənkəran" - "Qəbələ" matçının IV hakimi Fuad Həsənov olacaq.

Turun bütün oyunlarına təyinatları bir daha diqqətinizə çatdırırıq:

19 oktyabr (cümə)

"Neftçi" - "Kəpəz"

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00

Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əsədov Ramiz, Fərhadov Teymur

Hakim-inspektor: Həsənov Məlik

AFFA nümayəndəsi: Həsənov Qürbət

20 oktyabr (şənbə)

"Turan" - AZAL

Tovuz şəhər stadionu. Saat 16:00

Hakimlər: Həsənov Rəhim, Əmiraslanov Knyaz, Acalov Elşən, Feyzullayev Feyzulla

Hakim-İnspektor: Xasıyev Nüvər

AFFA nümayəndəsi: Əzizov Telman

"İnter" - "Simurq"

"Şəfa" stadionu. Saat 18:00

Hakimlər: Salmanov Anar, Zeynalov Zeynal, Musayev Vaqif, Məhərrəmov Ramiz

Hakim-inspektor: Nəcəfov Füzuli

AFFA nümayəndəsi: Abdullayev Oqtay

"Qarabağ" - "Bakı"

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00

Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Əhmədov Ramil

Hakim-inspektor: Haşımov Səfər

AFFA nümayəndəsi: Hüseynov Mübariz

21 oktyabr (bazar)

"Sumqayıt" – "Rəvan"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16:00

Hakimlər: Yusifov Fariz, Abdullayev Munis, Hüseynov Namiq, Əhmədov Tahir

Hakim-inspektor: Ağayev Kərim

AFFA nümayəndəsi: Abdullayev Ramiz

"Xəzər Lənkəran" – "Qəbələ"

Lənkəran şəhər Mərkəzi stadionu. Saat 17:15

Hakimlər: Cabbarov Rauf, Əliyev İlham, Əsgərov Azər, Həsənov Fuad

Hakim-inspektor: Məmmədov Akif

AFFA nümayəndəsi: Həmidov Şaiq

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня