DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya - Azərbaycan oyunudan sonra rəqib komandanın baş məşqçisi Fabio Kapello qarşılaşma barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, millimizlə oyunun asan keçmədiyini vurğulayıb: "Hələ oyundan əvvəl demişdim ki, Azərbaycan millisi ilə oyun asan olmayacaq. Çünki rəqibimiz cari seçmə mərhələdə ilk hissədə qol buraxmayıb. Bizim üçün əsas 3 xal idi ki, onu da qazandıq. Qol imkanlarımızdan yaxşı istifadə edə bilmədik. Buna görə erkən qol vura bilmədik. Ancaq meydanda biz yox, rəqib də var. Deməli, onlar meydanda əla hərəkət edirdilər. Bizim bəxtimiz də gətirmədi. Qoldan sonra 2 qol imkanımız oldu. Daha tez qol vursaydıq, oyunun axarı başqa cür olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB