Vaqif Sadıqov: “Heç kim bu hesabı gözləmirdi”

Vaqif Sadıqov: “Heç kim bu hesabı gözləmirdi”

"Qarabağ"ı öz meydanında məğlub edən AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov oyundan sonra açıqlama verib. Siasport.az saytının məlumatına görə, Sadıqov rəqibin oyununu diqqətlə təhlil etdiklərini bildirib: "AZAL azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əlimizə düşən imkanlardan maksimum istifadə etdik. Ən baxımlı futbol oynayan komandalardan olan "Qarabağ"a qarşı oynadıq. "Qarabağ"ı təhlil edib zəif yerlərini müəyyənləşdirmişdik. Heç kim bu hesabı gözləmirdi.

Qeyd edək ki, AZAL-ın baş məşqçisi rəqibin heç də zəif olmadığını vurğulayaraq Qurban Qurbanovun tələsik addım atmamağını da məsləhət görüb: "Hesab edirəm ki, Qurban Qurbanov tələsik addım atmamalıdır. "Qarabağ" bu çempionatda öz sözünü deyəcək. Milli komandanın səviyyəsi qat-qat artıb. Bu gün gördük ki, "Qarabağ"da da bizdə də millinin oyunçuları ehtiyyatda qalır. Bu, rəqabətdən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə