FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların Azərbaycana gəlişi artıq başlayıb. Siasport.az saytının məlumatına görə, ölkəmizə təşrif buyuran ikinci komanda Kolumbiya yığması olub. Mundial iştirakçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qızın təqdim etdiyi gül dəstələrini aldıqdan və kollektiv şəkil çəkdirdikdən sonra komandanın üzvləri qalacaqları otelə yola düşüblər. Kolumbiya yığmasının üzvləri qonaqpərvərliklə qarşılanmalarından məmnun olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB