Sissi Rayt: "Qələbəni gərgin mübarizə nəticəsində qazandıq"

Sissi Rayt: "Qələbəni gərgin mübarizə nəticəsində qazandıq"

17 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Sissi Rayt fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o qələbəyə görə sevindiklərini qeyd edib: "Əlbəttə, qələbə qazandığımız üçün çox sevinirik. Amma məni sevindirən digər məqam bu gün komandamın cəsarətli, özünə böyük inamla çıxış etməsi oldu. Qələbəni gərgin mübarizə nəticəsində qazandıq. Heç bir komponentdə rəqibimizdən zəif təsir bağışlamadıq. Bu qələbə dünya çempionatına yüksək əhval-ruhiyyə ilə başlamaq baxımından böyük əhəmiyyət daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə