"Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı! TARİXİ UĞUR
"Neftçi" klubu tarix yazdı. Siasport.az saytının məlumatına görə, az öncə Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təmsilçimiz səfərdə Cənubi Kiprin APOEL klubunu 1:3 hesabı ilə məğlub etdi. Bakıdakı oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Çempionumuz Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klub oldu.
Komandamızın heyətində Cavid İmamverdiyev, Julius Vobay və Flavinyo fərqləndi. Rəqibin qolunu isə Selim Benahour vurdu.
Oyun barədə ətraflı məlumat:
APOEL (Kipr) - "NEFTÇİ" (AZƏRBAYCAN) 1:3
Qollar: Selim Benahour 44 - Cavid İmamverdiyev 22, Julius Vobay 30, Flavinyo 60
Qırmızı vərəqə: Elvin Yunuszadə
Nikosiya. "GSP Stadium"
Baş hakim: Said Ennjimi
Baş hakimin köməkçiləri: Emmanuel Boisdenghien, Hüseyin Ocak
Dördüncü hakim: Lionel Jaffredo
(Hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Sokol Jareci (Albaniya)
UEFA nümayəndəsi: Zoran Cvrk (Xorvatiya)
APOEL: 22. Dionisis Çiotis, 5. Mixael Klukovski, 7. Mario Budimi, 11. Nektarios Alexandrou, 18. Selim Benahour, 21. Qustavo Manduka, 23. Helio Pinto, 26. Nuno Morais, 27. H. Borda, 28. Mario Serjio,46 Efstatios Aloneytis
Ehtiyat oyunçular: 78. Urko Pardo, 10. Konstantinos Çaralambides, 12. Aldo Adorno, 15. Marios Antoniades, 19. Marios Eliya, 31. M. Sousa, 77. Athos Solomou
"NEFTÇİ": 30.Saşa Stamenkoviç, 5.İqor Mitreski, 6.Rəşad Sadiqov (k), 9.Flavinyo, 10.Julius Vobay, 11.Nikolas Kanales, 15.Erik Ramos, 16.Bruno Bertuççi, 22.Mahir Şükürov, 25.Cavid İmamverdiyev, 32.Elvin Yunuszadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3.Saşa Yunisoğlu, 4.Tərlan Quliyev, 7.Rodriqinyo, 17.Araz Abdullayev, 19.M irhüseyn Seyidov, 28.Emin Mehdiyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB