Emenike İstanbula gəldi, hakim qarşısına çıxdı!

Emenike İstanbula gəldi, hakim qarşısına çıxdı!

Sabah "Fənərbaxça" ilə qarşılaşacaq Moskva "Spartak"ının futbolçusu Emmanuel Emenike, bu gün səhər İstanbula gələrək vəkili Rezan Epözdemir ilə birlikdə Çağlayan Ədliyyə binasında hakimə ifadə verib. Siasport.az saytı xəbər verir ki, keçən ildən bəri başlayaraq Türkiyə futbolunda danışılmış oyunlarla bağlı keçirilən məhkəmə prosesinə cəlb olunan E.Emenike, ifadə verdikdən sonra sərbəst buraxılıb. Keçən mövsüm "Karabükspor"dan "Fənərbaxça"ya transfer olunan, amma baş verənlərdən sonra bu komandada qalmaq istəməyərək "Spartak"a keçən E.Emenike, hələ də Türkiyə hakimləri üçün "qara qutu" olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə