FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Siasport.az saytının məlumatına görə, avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq. Bununla bağlı Yerli Təşkilat Komitəsi konsert öncəsi təbliğat kampaniyasına başlayıb.
Xatırladaq ki, Kuboku qarşılayan növbəti şəhər bu gun Gəncə olacaq. Bununla əlaqədər, Gəncə şəhərinin Azadlıq meydanında bu gün saat 20:00-da möhtəşəm konsert proqramı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB