Həsən Əliyev olimpiadada medalsız qaldı

Həsən Əliyev olimpiadada medalsız qaldı

London Yay Olimpiya Oyunlarında Azərbaycanın yunan-Roma güləşçisi Həsən Əliyev medalsız qalıb. Siasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıl norveçli Stiq-Andre Berge və koreyalı Jihyun Junqu məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, növbəti rəqibi - Gürcüstan təmsilçisi Revaz Laşxiyə məğlub olub və finala çıxa bilməyib.

Bürünc medal uğrunda isə təmsilçimiz rusiyalı Zaur Kuramaqomedovla üz-üzə gəlib. Həsən bu rəqibinə də məğlub olaraq, olimpiadada medalsız qalıb (0:2, 0:2).

Bütün xəbərlər Facebook səhifəmizdə