Çimərlik voleybolu üzrə çempionatda iştirak edəcək komandalar müəyyənləşdi
İyulun 27-də Çimərlik Voleybolu üzrə Azərbaycan Birinciliyi start götürəcəkdir. Voleybol Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, 16-23 yaşlı qizlar və oğlanlar arasında keçiriləcək Birincilik iyulun 27-də saat 10:00 da (Şıxov) "CRESCENT BEACH" də başlayacaq. Komandalar isə belədir:
Oğlan komandalar: Buzovna, Montin, Xəzər, Xətai, Sərhədçi, Şəki-2, Bakı, Neftçi, Şəki-1, Kürdəmir-2, Kürdəmir-1, AZTU.
Qız komandaları: Azəryolservis-1, Lokomotiv-4, İqtisadçı, Lokomotiv-3, Azərreyl-3, Azərreyl-2, Azərreyl-4, Azəryolservis-2, Lokomotiv-2, Azəryolservis-3, Lokomotiv-1, azərreyl-1.
11 oğlan və 12 qız komandasının mübarizə aparacağı birincilikə qaliblərə mükafatlar "Bakı şəhər Gənclər və İdman Baş İdarəsi" tərəfindən veriləcək.
Qeyd edək ki, iyulun 27-də və 28-də keçiriləcək Azərbaycan Birinciliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB