AZAL daha bir transferini reallaşdırıb

AZAL daha bir transferini reallaşdırıb
AZAL yeni transfer müqaviləsinə imza atıb. Siasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplantısı keçən paytaxt klubu latviyalı yarımmüdafiəçi Oskar Klyavanı heyətinə qatıb.

Qeyd edək ki, Klavya 2002-2010-cu illərdə Latviyanın "Metallurq" klubunda çıxış edib. Futbolçu Latviya komandasında 189 oyun keçirib və cəmi 7 qolu aktivinə yazdıra bilib.
2010-cu ildə isə Rusiyanın "Anji" klubuna transfer olunan futbolçu Mahaçqala klubunda 11 oyun keçirib. 2011-ci ildə "Ximki"yə icarəyə verilən Oskar bu komandada 11 oyuna çıxıb.
2005-ci ildən Latviya yığmasına çağırılan futbolçu 53 dəfə millinin formasını geyinib və 1 qola imza atıb. 28 yaşlı futbolçu yığmanın son oyununa dəvət alan futbolçular arasında olub. O, son mövsümü "Liepaya"da oynayıb.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə