Finlandiyanın Lapperanta şəhərində atletika üzrə beynəlxalq turnirə start verilib. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığmasının keçmiş üzvü Ramil Quliyev də mübarizəyə qoşulub.
Məlumat üçün bildirək ki, Ramil ötən ilin aprel ayından Türkiyə vətəndaşlığını qəbul edərək, bu ölkənin bayrağı altında yarışlara qatılıb. Azərbaycanlı atlet Finlandiya turnirində 2 məsafəyə qaçışda özünü sınayıb. 100 metr məsafəni 10,40 saniyəyə qət etməklə yamaykalı idmançı Jaka Xarveydən (10,25 saniyə) sonra ikinci yeri tutan Ramil 200 metr məsafədə isə bütün rəqiblərindən öndə olub. Finişə hamıdan tez çatan Ramil Quliyev 20,53 saniyə nəticə əldə edib.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB