Bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatı start götürüb

Bakıda bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, yarışlarda həm seniorlar, həm də 1997-1999-cu il təvəllüdlü idmançılar çıxış edəcək. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı proqram növlərində medallar uğrunda mübarizə aparacaq. Ardıcıl 4 ildir Azərbaycan çempionu olan Aliyə Qarayeva bu dəfə də titulunu qorumağa çalışacaq. Aliyə Bakıdakı yarışda avqustun əvvəlində London Olimpiadasında təqdim edəcəyi proqramla çıxış edəcək.

Məlumat üçün bildirək ki, birincilik uğrunda onun əsas rəqibləri Lalə Yusifova və Ayşə Mustafayeva olacaq. Adıçəkilən idmançılar bu ildən böyüklər kateqoriyasına keçib. Çempionatda \"Neftçi\"nin gimnastları ilə yanaşı, Respublika Kompleks İdman Məktəbi və \"Spartak\"ın idmançıları, habelə Bakı Gimnastika Məktəbinin, \"Sərhədçi\", Gəncə, Sumqayıt və Xırdalan gimnastları çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...