“Gənclər Kuboku” turniri çərçivəsində 4 oyun keçirilib

“Gənclər Kuboku” turniri çərçivəsində 4 oyun keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya

Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turniri çərçivəsində I play off mərhələsinin son 4 oyunu keçirilib. SİA-nın xəbərinə görə, turnir 21 iyun tarixində AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub.

Qalib gələn komandalar play offun II mərhələsinə vəsiqə qazanıblar. Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.


Azərbaycan Universiteti TGT 5:0 Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi


Azərbaycan Könüllülər İctimai Birliyi 5:0 Azərbaycan Kooperasiya Universiteti TGT


İqtisat Universiteti TGT 1:10 İB Klub


ATGTİ 11:1 Qan Donorları Assosasiyası

Bütün xəbərlər Facebook səhifəmizdə