Üzgüçülük üzrə Bakı şəhər çempionatı keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq "Təhsil" RİM-də üzgüçülük üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempiomatda "Təhsil RİM", "AzDBTİA", "Sərhədçi"OİM, MOİK, "Start"İSM, Hövsan OİK kimi komandaları təmsil edən 46 idmançı (13 qız, 33 oğlan) iştirak edib.

Məlumat üçün bildirək ki, yarışda qızlar arasında 50 m sərbəst üsulla I yerə İsmayılova Əfsanə (Az.DBTİA), 100 m qarışıq üsulla I yerə Stisyuk Yuliya (Təhsil RİM), 200 m brass üsulla I yerə Ridko Diana (MOİK), 50 m arxaüstə üsulla I yerə Stisyuk Yuliya (Təhsil RİM), 100 m sərbəst üsulla I yerə Nəhmətova Nigar (Az.DBTİA), 100 m arxaüstə üsulla I yerə Stisyuk Yuliya (Təhsil RİM), 100 m batterflyay üsulla I yerə İsmayılova Əfsanə (Az.DBTİA), 200 m sərbəst üsulla I yerə Stisyuk Yuliya (Təhsil RİM), 50 m batterflyay üsulla I yerə İsmayilova Əfsanə (Az.DBTİA), 100 m brass üsulla I yerə Hətəmxanova Oksana (Təhsil RİM), 50 m brass üsulla I yerə Hətəmxanova Oksana (Təhsil RİM), 200 m arxasıüstə I yerə Stisyuk Yuliya (Təhsil RİM), oğlanlar arasında 50 m sərbəst üsilla I yerə Arkaniya Zaur (Təhsil RİM), 100 m qarışıq üsulla I yerə Arkaniya Zaur (Təhsil RİM), 200 m brass üsulla I yerə Ayhan Tefik (Az.DBTİA), 50 m arxaüstə üsulla I yerə Quliyev Ənvər (Təhsil RİM), 100 m sərbəst üsulla I yerə Arkaniya Zaur (Təhsil RİM), 100 m arxaüstə üsulla I yerə Quliyev Ənvər (Təhsil RİM), 100 m batterflay üsulla I yerə Yusifov Elmir (Təhsil RİM), 200 m sərbəst üsulla I yerə Arkaniya Zaur (Təhsil RİM), 50 m batterflyay üsulla I yerə Arkaniya Zaur (Təhsil RİM), 100 m brass üsulla I yerə Hətəmxanov Ruslan (Təhsil RİM), 400 m sərbəst üsulla I yerə Arkaniya Zaur (Təhsil RİM), 50 m brass üsulla Hətəmxanov Ruslan (Təhsil RİM), 200 m arxasıüstə I yerə Quliyev Ənvər (Təhsil RİM) layiq görülüb.

Qeyd edək ki, üzgüçülük üzrə Bakı şəhər çempionatında I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə