Azərbaycan FİFA-nın reytinq cədvəlində irəliləyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Siasport.az saytının məlumatına görə, aprel ayı ilə müqayisədə Azərbaycan millisi 1 pillə irəliləyib. Belə ki, milli komandamız keçən ayın nəticəsinə görə 110-cu pillədə yerləşirdi. Lakin, hazırda Azərbaycan millisi 305 xalla 109-cu mövqedə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə