Azərbaycanı Qvatamelada 2 idmançı və 1 məşqçi təmsil edəcək

Mayın 7-dən 18-ə qədər Qvatemalanın Antiqua şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi keçiriləcək. Ağır Atletika Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, Yarışda Azərbaycanın ağır atletləri də iştirak edəcək.

Belə ki, Azərbaycan idmançıları Firudin Quliyev 69, Nicat Rəhimov isə 77 kiloqram çəki dərəcəsində mayın 11-də qüvvəsini sınayacaq.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibində kişilərdən ibarət yığma komandanın cavabdeh məşqçisi Nizami Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Azad Nurməmmədov da təmsil olunur. Qvatemalada keçiriləcək Ağır atletika üzrə gənclər arasında dünya birinciliyində Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...