“Neftçi” vaxtından əvvəl çempionluğunu elan etdi

\"Neftçi\"nin əvəzedici komandası çempionatın qızıl medallarına sahib olub. Siasport.az saytının məlumatına görə, yarışın XXXI turunda \"Kəpəz\"in qonağı olan Flaqman 2-4 hesabı ilə məğlub olsa da çempionluğu bayram edib. Buna səbəb \"Neftçi\"nin turnir cədvəlindəki ən yaxın izləyicisi olan \"Qəbələ\" də bu tur uduzduğundan paytaxt təmsilçisi rəqibi ilə arasındakı 5 xallıq fərqi qoruyub. Bununla da \"Neftçi\"nin əvəzedici heyəti sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...