Ağır atletlərimiz dünya birinciliyində iştirak edəcək

Mayın 7-dən 18-ə qədər Qvatemalanın Antiqua şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın ağır atletləri də iştirak edəcək.

Qeyd edək ki, Firudin Quliyev 69 kq, Nicat Rəhimov isə 77 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Nümayəndə heyətinin tərkibində kişilərdən ibarət yığma komandanın cavabdeh məşqçisi Nizami Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Azad Nurməmmədov da təmsil olunur. Qvatemalada keçiriləcək Ağır atletika üzrə gənclər arasında dünya birinciliyində Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...