“Bakı” klubu “Neftçi”nin rekordunu təkrarladı

“Bakı” klubu “Neftçi”nin rekordunu təkrarladı
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşmaları "Qarabağ" və "Bakı" komandaları arasında oyunun penaltilər seriyası ilə yekunlaşmasıyla əlamətdar olub. Siasport.az saytının məlumatına görə, cari mövsümdə artıq 2-ci dəfədir ki, mərhələni keçən komanda penaltilər seriyasında müəyyənləşir. İlk belə hal "Bakı"nın iştirakı ilə olmuşdu. 1/8 finalda "Rəvan"ı mübarizədən kənarlaşdıran (3:2) paytaxtın eyniadlı təmsilçisi bu dəfə də qalib gəlib – 5:4. Ümumilikdə isə Azərbaycan kuboku tarixində 18-ci dəfə yaşanan penaltilər seriyası 4-cü dəfə "Bakı"nın, 3-cü dəfə isə "Qarabağ"ın iştirakı ilə baş tutdu.

Məlumat üçün bildirək ki, son 2 mövsümdə 3-cü dəfə penaltilər seriyasına qatılan "Bakı" ümumilikdə 4-ə çatmaqla "Neftçi"nin rekordunu təkrarladı. Bu 2 komanda Azərbaycan kubokunda ən çox penalti seriyasında iştirak edən klublardır. Onların hər ikisi 4 belə oyundan 3-də qalib gəlib. Yəni "Bakı" 3 dəfə penaltilər seriyası hesabına mərhələ keçmək rekordunda da "Neftçi"yə şərik olub. Bir dəfə mərhələni bu yolla adlayan "Qarabağ" isə ardıcıl 2 mövsümdür mübarizəni penaltilər seriyasında dayandırır.

Qeyd edək ki, ötən mövsüm isə 1/8 finalda "Turan" Ağdam təmsilçisini dayandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə