Ukraynanın "Şaxtyor" futbol klubunun braziliyalı forvardı Villian bundan sonrakı futbol koryerasını İngiltərənin "Çelsi" futbol klubunda davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, "zadəganlar", "Şaxtyor"un 23 yaşlı braziliyalı forvardını transfer etmək üçün artıq rəsmi danışıqlara da başlayıblar. Baş məşqçi Mirça Luçeskunun razılığı ilə braziliyalı ulduzunu "Çelsi"yə satmağa hazırlaşan donetsklilər, bunun müqabilində Roman Abramoviçdən düz 20 milyon avro tələb edirlər. Ukrayna mətbuatı yazır ki, hazırda futbolçunun transferi ilə bağlı iki klub arasında danışıqlar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB