“Bayern Münih” yarımfinala vəsiqəsini təmin etdi

“Bayern Münih” yarımfinala vəsiqəsini təmin etdi
Çempionlar Liqasında ¼ final mərhələsinin cavab qarşılaşmasında "Bayern Münih" ilk oyunda məğlub etdiyi "Marsilya" üzərində yenə eyni hesabla qələbə qazandı. Siasport.az saytının məlumatına görə, 2:0 hesablı qələbədən sonra "Bayern Münih" yarımfinala vəsiqə qazandı.

Qeyd edək ki, mübarizəyə olduqca təsirli başlayan alman komandası ilk dəqiqələrdən etibarən "Marsilya" qapısında qol vəziyyətləri yaratdı. 13-cü dəqiqədə isə "Bayern Münih" klubunun heyətində çıxış edən İvika Oliç hesabı açdı. Bu qoldan sonra təzyiqləri artıran alman klubu " 37-ci dəqiqədə yenə İvika Oliçin qolu ilə hesabı 2:0-a çatdırıb. Bununla da ümidlərini itirən rəqib bu hesabla barışmalı oldu. Beləliklə, qarşılaşmada 2:0 hesablı qələbəsini əldə edən "Bayern Münih" klubu yarımfinala da vəsiqəsini təmin etmiş oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə