“Barselona” “Milan”ı bağışlamadı

“Barselona” “Milan”ı bağışlamadı
Çempionlar Liqasında "Barselona" 0:0 hesablı oyunun cavab görüşünü keçirdi. Siasport.az saytının məlumatına görə, qarşılaşmaya təzyiqlə başlayan "Barselona" ilk dəqiqələrdə Messi ilə qola yaxınlaşdı. 7-ci dəqiqədə Fabreqasdan ötürmə alan ulduz futbolçunun zərbəsi qapıdan azca aralı keçib. Çox keçməmiş matçın 10-cu dəqiqəsində isə Messi komandasına penaltı qazandırıb. Topu qapıdan keçirən Argentinalı futbolçu oyunda hesabı açıb. Bundan sonra özünü ələ ala bilən "Milan" futbolçuları 32-ci dəqiqədə Nokerinanın qapıya dəqiq zərbəsi ilə oyuna tarazlıq gətirdi (1:1).

Məlumat üçün bildirək ki, qarşılaşmanın 40-cı dəqiqəsində "Nou Kamp"da yenidən maraqlı hadisə yaşandı. Belə ki, yenidən "Milan"ın qapısına penaltı təyin olunur. İkinci dəfə penaltını yerinə yetirən Messi bu dəfə də topu qapıya göndərə bildi (2:1).

Qeyd edək ki, bütün oyun boyu topu özündə saxlayan "Barselona", qarşılaşmanın sonuna yaxın İnyestanın qolu ilə hesabı 3:1 -ə çatdırdı. Matç elə bu hesabla başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə