Çempionlar Liqasının mətbuat konfransı keçirilib

Çempionlar Liqasının mətbuat konfransı keçirilib

Bakıda martın 24-ü və 25-də keçiriləcək qadınlar arasında Voleybol üzrə Çempionlar Liqası (CEV) ilə əlaqədar olaraq mətbuat konfransı keçirildi. Siasport.az saytının məlumatına görə, final mərhələsində iştirak edəcək Fransanın "RC Cannes" klubunun baş məşqçisi Fang Yan, İtaliyanın "Carnaghi Villa" klubunun baş məşqçisi Abbondanza Marcello, Rusiyanın "Dinamo Kazan" klubunun baş məşqçisi Gilyazutdin Rişat və Türkiyənin "Fənərbaxça Universal" klubunun baş məşqçisi Jose Roberto çıxış etdi.

Qeyd edək ki, Azərbaycanda çempionatın yüksək səviyyədə olduğunu vurğulayan məşqçilər, bir neçə ildə voleybolun yüksək sürətlə inkişaf etdiyini qeyd etdilər.

Türkiyənin "Fənərbaxça Universal" klubunun baş məşqçisi Jose Roberto isə dost və qardaş ölkə olan Azərbaycan azarkeşlərinin Türk voleybolçulara stimul verəcəyini ifadə etdi. Bundan sonra isə baş məşqçilər jurnalistlərin suallarını cavablandırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə