Roberto Mançini Van Persini təriflədi

Roberto Mançini Van Persini təriflədi

İngiltərənin "Mançester Siti" futbol klubu, Premyer Liqada çıxış edən daha bir ulduz futbolçunu "gözaltı edib". Siasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Roberto Mançini ingilis jurnalistlərlə söhbətində bildirib ki, "Arsenal"ın kapitanı Van Persini dünyanın ən ulduz futbolçuları ilə bir sırada tutur. İtalyan mütəxəssis bildirib ki, V.Persi Messi, Ronaldo, Xavi kimi futbolçularla bir səviyyədədir. Belə bir futbolçunu öz sərəncamında görmək istədiyini deyən R.Mançini bildirib ki, "Arsenasl" çətin ki, bu futbolçunu satsın. Onun fikrincə onsuz da vəziyyəti o qədər də yaxşı olmayan "topçular", V.Persini itirdikdən sonra ciddi böhrana düşə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə