Xəbər verdiyimiz kimi, Premyer Liqada "Rəvan" "Qəbələ" klubu ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, "Rəvan" – "Qəbələ"yə qarşı 3 oyunçu çatışmazlığı ilə çıxacaq. Belə ki, Şerif Suma Sierra Leone yığmasında çıxış etmək üçün öz ölkəsinə səfər edib və bu gündən etibarən heyətə qoşulacağı gözlənilir, lakin sabah keçiriləcək görüşə qatılacağı sual altındadır. Digər futbolçu Ekrem Hodziç isə fərdi məşqlərə təzə başladığında o da heyətə qoşula bilməyəcək. Bundan başqa, komandanın digər futbolçusu Tagim Novruzov isə sarı vərəqə limitini bitirdiyindən cəzalanaraq "Qəbələ" ilə oyuna buraxılmayacaq.
Orxan Faiq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB