Azərbaycan millisi 2012-ci ildə ilk qələbəsini qazandı - FOTOSESSİYA

Azərbaycan millisi 2012-ci ildə ilk qələbəsini qazandı - FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı çərçivəsində digər ölkələrin yığmaları ilə yoldaşlıq oyunu keçirir. Siasport.az saytının məlumatına görə, həmyerlilərimizin bu dəfəki rəqibi Hindistan millisi olub. Qarşılaşma Dubay şəhərində yerləşən "The Sevens" stadionunda baş tutub.

Qeyd edək ki, gözəl oyun nümayiş etdirən milli komandamız Hindistan yığması üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Qolları görüşün 3-cü dəqiqəsində Vüqar Nadirov, 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Mahir Şükürov və 84-cü dəqiqədə Nizami Hacıyev hesabına yazıb.

Xatırladaq ki, yığmamız növbəti dəfə Fələstin millisi ilə yoldaşlıq oyunu keçirəcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə