Millimizin futbolçuları arasında dava düşüb

Millimizin futbolçuları arasında dava düşüb

Unibank Premyer Liqasının XXI turunda qarşı-qarşıya gələn "Qəbələ" və "Xəzər Lənkəran" komandalarının futbolçuları arasında qalmaqal yaranıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü arasında anlaşılmazlıq olub.

Oyununun gedişi zamanı meydan sahiblərinin kapitanı Mahir Şükürovla rəqib komandanın ehtiyatda olan qapıçısı və Kamran Ağayev arasında söz davası olub.

Qeyd edək ki, meydanda başlayan mübahisə oyundan sonra da davam edib. Lakin, komanda yoldaşları futbolçuların mübahisəsinin daha da böyüməsinə imkan verməyib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə