Əfsanəvi argenitnalı futbol ulduzu Diyeqo Maradona yenə səs-küy yaradacaq açıqlamalar verərək diqqətləri üzərinə çəkib. Siasport.az saytı xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Al-Wasl" komandasında baş məşqçi işləyən D.Maradona, kürəkəni Serxiyo Aqueronın çıxış etdiyi "Mançester Siti" futbol klubunun baş məşqçisi Roberto Mançinini sərt tənqid edib. O, italyan futbol mütəxəssisini, komandanı qorxaq futbola öyrəşdirməkdə ittiham edib. D.Maradona, xüsusi ilə bu cür ehtiyatlı futbol sisteminə görə, "Mançester Siti"nin İngiltərə Çempionu olmaq şansını itirə biləcəyini dilə gətirib: "Mən Robertonu günahlandırmıram. O, italyan olduğu üçün hədsiz ehtiyatlı futbol oynadır komanadaya. Amma bu gedişlə onlar çempionluğ şansını əldən verə bilərlər. Komandadakı futbolçulara baxanda R.Mançininin nə qədər cəsur futbolçuya sahib olduğunu görürəm. Mütləq hücum futbolu oynamaq lazımdır. Həm də aqressiv futbol. Lap elə "Mançester Yunayted" kimi."-deyə D.Maradona fikrini tammlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB