İspaniyanın "Real" futbol klubunun əfsanəsi sayılan Raul Qonzales, Almaniya Bundesliqasında da öz bacarığını və ustalığını nümayiş etdirməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, "Şalke"nin usta futbolçusu "Volfsburq"la qarşılaşmada 400-cü qoluna imza atıb.
"Şalke"nin rəqibi üzərindəki 4:0 hesablı qələbə qazanması ilə nəticələnən oyundan sonra alman jurnalistlərin suallarını cavablandıran ispaniyalı ulduz futbolçu bildirib ki, "Şalke" ilə qarşıdakı müddətdə daha böyük uğurlara imza atacağına əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB