"Real" Agueranı transfer etmək üçün Diyeqo Maradondan kömək istəyib?

"Real" Agueranı transfer etmək üçün Diyeqo Maradondan kömək istəyib?

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl İspaniyanın "Real" futbol klubunun İngiltərənin "Mançester Siti" futbol klubunda çıxış edən Serxiyo Ağueranı transfer etmək üçün hərəkətə keçdiyi barədə məlumat vermişdik. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibi olan "Barselona" ilə keçirilən qarşılaşmalarda neçə ildir ki, ancaq məğlubiyyət acısı yaşayan kral klubu, bacarıqlı hücumçu məsələsini həll etmək və istəyinə nail ola bilmək üçün ciddi bir transfer reallaşdırmaqda israrlı görünür. Belə ki, İspaniya mətbuatı iddia edir ki, kral klubunun rəhbərliyi S.Agueranı "Real"a transfer etmək üçün "Mançester Siti" rəhbərliyi ilə yanaşı futbolçunun özü ilə də danışıqlar aparır və bunun üçün futbolçunun qaynatası olan Diyeqo Maradonanı da vasitəçi kimi prosesə cəlb edib. İspaniyalı həmkarlarımızın iddiasına görə, "Real" rəhbərliyi futbolçunu bu transferə razı salmaq üçün D.Maradona ilə görüşərək ondan dəstək istəyib. Çox güman ki, D.Maradona da kürəkənin bu nüfuzlu klubda çılxış etməsini arzulayar. Amma son söz əlbəttdə ki, "Mançester Siti" rəhbərliyinindir.

Bütün xəbərlər Facebook səhifəmizdə