Mehmet Topal ölümdən döndü!
Dünən İspaniya La Liqasının 21-ci turunda səfərdə "Rasinq"lə qarşılaşan "Valensiya" klubunda az qala faciə yaşanacaqdı. Siasport.az saytı xəbər verir ki, buna əsəbəb rəqib futbolçu ilə toqquşan "Valensiya"nın türkiyəli futbolçusu Mehmet Topalın, bağından aldığı ağır zədədən sonra uzun zaman huşunu itirməsi olub. İspaniya mətbuatı xəbər verir ki, sabiq "Qalatasaray"lı futbolçu dünən axşamdan gətirildiyi xəstəxanada ciddi həkim nəzarəti altında saxlanılır. Məlumata əsasən "Valensiya"nın idman direktoru Joqaun Mas futbolçunun yanında qalıb. Habelə "Rasinq"lə qarşılaşmadan sonra "Valensiya" klubunun prezidenti Manuel Liorene Martin də xəstəxanaya gələrək M.Topalı ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə