I Respublika Sualtı Hədəfə Atıcılıq Turniri keçirilib- FOTOSESSİYA

I Respublika Sualtı Hədəfə Atıcılıq Turniri keçirilib- FOTOSESSİYA

"Bakı" Sualtı Ovçular Klubunun təşkilatçılığı və "Alfamarine" şirkətinin dəstəyi ilə "Şəfa" İdman və Sağlamlıq Kompleksində I Respublika Sualtı Hədəfə Atıcılıq Turniri keçirilib. SİA-nın məlumatına görə, 14 idmançının qatıldığı turnirin nəticələrinə əsasən ilk yerin sahibi Zverev İlya Vladimiroviç, II yer – Novotorjin Denis Anatolyeviç, III yer Zverev Dmitriy Vladimiroviç olub.

Turnirin sonunda ilk üç yeri tutan qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb, onlara diplom və kuboklar təqdim olunub.

Sözügedən turnirin keçirilməsi Azərbaycanda aktiv su idman növlərinin təşəkkül tapmasına və inkişafına yönəldilən bir addımdır. 2012-ci ilin dövlət başçısı tərəfindən məhz idman ili elan edilməsi ilə bağlı olaraq, "Bakı" Sualtı Ovçular Klubu ölkədə bu idman sahəsinin geniş kütlələr arasında populyarlaşdırılması və gənclər arasında sağlam və aktiv həyat tərzinin təbliği istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə