Mövlut Erdinç "Renn" klubuna keçir?

Mövlut Erdinç "Renn" klubuna keçir?

Fransanın "PSJ" futbol klubunda çıxış edən Mövlut Erdinç, komandasını dəyişmək fikrinə düşüb. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçunun "Renn" klubuna transferi olduqca real görünür. Belə ki, Fransa mətbuatı xəbər verir ki, "Renn" klubunun menecerləri neçə gündür ki, "PSJ" ilə apardıqları danışıqların bu gün nəticə verdiyini açıqlayıblar. "PSJ"-nin sükanı arxasına keçən italyan futbol mütəxəssisi Karlo Ancellotinin də M.Erdinçin satılmasına müsbət yanaşdığı bildirilir. Xatırladaq ki, M.Erdinçin "PSJ" ilə 2014-cü ilə qədər müqaviləsi mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə