“Lokomotiv” Çellenc kubokunun səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

“Lokomotiv” Çellenc kubokunun səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

Daha bir Azərbaycan voleybol klubu Çellenc kuboku yarışlarının səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb. "Lokomotiv" bu gün Bakı İdman Sarayında Xorvatiyanın "ZOK Split" komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda "Lokomotiv" rəqibini 3:0 (25:15, 25:10, 25:18) hesabı ilə məğlub edərək Çellenc kuboku yarışlarının səkkizdəbir final mərhələsinə yüksəlib. Komandalar arasında Xorvatiyada keçirilən ilk oyun da Bakı təmsilçisinin xeyrinə başa çatıb – 3:0. 

Bütün xəbərlər Facebook səhifəmizdə