Hollandiya mətbuatı: "Bakı"-"AZ Alkmaar" qarşılaşması yanvarın 14-də Türkiyədə baş tutacaq

Hollandiya mətbuatı: "Bakı"-"AZ Alkmaar" qarşılaşması yanvarın 14-də Türkiyədə baş tutacaq

Yanvarın 9-da Türkiyəyə yola düşəcək paytaxtın "Bakı" klubu qardaş ölkədə bir neçə yoldaşlıq görüşü keçirməyə planlaşdırır. Məlumata görə, Antalyanın Bələk bölgəsində məskunlaşacaq "Bakı"nın rəqiblərindən birinə aydınlıq gəlib.


Hollandiya mətbuatının yazdığına görə, Aleksandr Starkovun komandası yanvarın 14-də Hollandiyanın aparıcı klublarından olan "AZ Alkmaar"la ilə qarşılacaq.


Yanvarın 11-də Almaniyanın "Verder" (Bremen) klubu ilə yoldaşlıq görüşü keçirəcək hollandlar sonra III Bundesliqa təmsilçisi "Wehen Wiesbaden" komandasını sınağa çəkəcək. Bu görüşün səhəri günü isə "AZ Alkmaar" klubunun "Bakı" ilə qarşılaşacağı qeyd olunub.

Lakin "Bakı" klubu hələlik bu barədə rəsmi razılıq əldə olunmadığını bildirib. Bununla belə, Hollandiya təmsilçisi ilə danışıqların getdiyi də istisna olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə