Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkatma mərasimi hansı şəhərdə keçiriləcək?

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkatma mərasimi hansı şəhərdə keçiriləcək?
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının da mübarizə aparacağı bu mərhələnin püşkatması fevralın 11-də Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək. Azərbaycan millisi ikinci qrupda Norveç, Rumıniya, Sloveniya, Slovakiya, Belarus və Macarıstan milliləri ilə bir qrupda yer alıb. Pley-off mərhələsinin oyunları martın 25-28-də və aprelin 8-11-də keçiriləcək. Final oyunları isə noyabrın 2-18-də Tailandda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə