Devid Bekhem PSJ klubu ilə müqavilə imzalamaq üçün Parisə gedib

Devid Bekhem PSJ klubu ilə müqavilə imzalamaq üçün Parisə gedib

ABŞ-ın "Los-Anceles Qelaksi" kılubu ilə müqaviləsi başa çatan məşhur ingilis futbolçu Devid Bekhem karyerasını Fransada davam etdirmək qərarına gəlib. Fransanın "Sport.fr" saytının verdiyi məlumata görə, futbolçu "Pari Sen-Jermen" (PSJ) klubu ilə anlaşmaq üçün şənbə günündən bazar gününə keçən gecə Parisə gəlib.


36 yaşlı ingilis futbolçunun Fransa çempionatının növbəti turu çərçivəsində baş tutacaq PSJ-"Lill" matçından əvvəl azarkeşlərə təqdim olunacağı gözlənilir.


Xatırladaq ki, Devid Bekhem karyerası ərzində "Mançester Yunayted", "Real" və "Milan" kimi nəhəng klubların formasını geyinib. Futbolçu İngiltərə yığmasının heyətində Avro-2012-də iştirak etmək arzusunda olsa da İngiltərə millisinin baş məşqçisi Fabio Kapello futbolçunun yığmaya cəlb edilməyəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə