"İnter"i "Anji"yə dəyişdi, millidən qovuldu!

"İnter"i "Anji"yə dəyişdi, millidən qovuldu!
Samuel Eto’Onun Kamerun millisindən qovulmasının əsl səbəbi məlum olub. Siasport.az saytı xəbər verir ki, mövsümün əvvələrindən İtaliya "İnter"ini Rusiya "Anji"sinə dəyişən 30 yaşlı hücumçu, Kamerun futbol federasiyasının onu yığmadan 7 oyunluq kənarlaşdırmaq qərarı ilə üzləşib. Sən demə Federasiyanın bu addımı, Samuelin Anqola ilə yoldaşlıq görüşündə oynamaqdan imtina etməsi ilə bağlıdır. 30 yaşlı Futbolçu isə öz hərəkətini milli komandanın LG Cup turnirində qələbəyə görə vəd olunan mükafatı almamağı ilə əsaslandırıb. Amma son olaraq hər şey S.Eto’Onun "başında çatlayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə