"Atletiko Madrid" yavaş-yavaş "qara zolaqdan" çıxır...

İspaniyanın "Atletiko Madrid" futbol klubu deyəsən "qara zolaqdan" yavaş-yavaş çıxış yolu tapmağa başalyıb. Siasport.az saytı xəbər verir ki, Arda Turanın komandası dünən İspaniya La Liqasının növbəti turu çərçivəsində "Rayo Vallekano" ilə qarşılaşıb və meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. A.Turan qarşılaşmanı ehtiyat oyunçular skamyasından seyr edib. Madrid təmsilçisinin qollarına 25-ci dəqiqədə Gabi, 74-cü dəqiqədə Radamel Falkao və qarşılaşmanın 87-ci dəqiqəsində Eduardo Salvio imza atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə