"Neftçi" "Simurq"u darmadağın etdi!

"Neftçi" "Simurq"u darmadağın etdi!

Bu gün Unibank Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində bir sıra maraqlı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, Bakının "Neftçi" futbol klubu Zaqatalanın "Simurq" futbol klubunu 4:2 hesabı ilə darmadağın edib. "Ağ qaralar"ın qollarını Araz Abdullayev, Bahodur Nasimov, Ruslan Abışov, rəqib komandanın iki qolunu isə Robertas Poşkus və Kristap Qrebis vurublar. Bundan başqa "Qəbələ" "Sumqayıt Şəhər" i 3:1, "Qarabağ" isə "Turan"ı 1:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə