“Lokomotiv” macarlara voileybol dərsi keçdi!

“Lokomotiv” macarlara voileybol dərsi keçdi!
Daha bir voleybol komandamız beynəlxalq yarışlara uğurla start verib. Siasport.az saytı xəbər verir ki, Cellenc kuboku yarışlarına ikinci mərhələdən qoşulan Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubu ilk görüşünü keçirib. Ötən mövsüm Cellenc kuboku yarışlarının gümüş medalını qazanmış "Lokomotiv" səfərdə Macarıstanın "Vasas Oduda" komandası ilə qarşılaşıb. Komandamız inamlı oyun nəticəsində 3:0 (25:21, 25:11, 25:9) hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu dekabrın 8-də Bakı İdman Sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə