Hövsan Olimpiya İdman Kompleksində keçirilən üzgüçülük üzrə "Şən delfin" Bakı açıq payız birinciliyi başa çatıb. Siasport.az saytı xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 15 komandanın tərkibində 102 idmançı mübarizə aparıb.
Turnirdə idmançılar 2 yaş qrupu üzrə mübarizə aparıblar. Kişi və qadın idmançılar kompleks üsulla 100, 200 metr məsafələrə, sərbəst, brass, arxası üstə, batterflyay növlərində isə 50, 100 metr məsafələrə üzgüçülük yarışlarında qüvvələrini sınayıblar. Kompleks üsulla keçirilmiş yarışlarda qızlar arasında Anna Andruşenko, Yuliya Stisyuk, oğlanlar arasında isə Teymur Kolyayev və Tofiq Ayxan birincilik qazanıblar. Əlli metr məsafəyə batterflyay yarışlarında Anna Andruşenko, Yaşar Ağayev, 100 metrdə Şəbnəm Abdullayeva, Səməddin İsparov yüksək nəticə göstəriblər. Əlli metr arxası üstə yarışlarda Günel Səmədzadə, Rüstəm Boqatinov, 100 metrdə isə Yuliya Stisyuk, Nazir İsmayılov fərqləniblər. Sərbəst üsulla 50 metr məsafəyə üzgüçülük yarışlarında Cəmilə Əhmədova, Rüfət Mustafayev, 100 metrdə isə Murad Ayhan qalib olub. Qaliblərə medal və diplomlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB